Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 2024-cü ildə pensiyaların nə qədər artacağı ilə bağlıdır.
OXU24.COM Baku Tv-yə istinadən bildirir ki, qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq Sərəncamı ilə indeksləşdirilərək artırılır.
Proses ötən ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir.
Bəs 2024-cü ildə pensiyalar nə qədər artacaq?
Millət vəkili Vüqar Bayramov pensiyaların 11 faiz artırılacağını deyib. O bildirib ki, bu, əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək:
"Əgər vətəndaş 500 manat alırsa, bu məbləğ orta hesabla 11 faiz indeksasiya olunaraq artırılacaq, yəni 55 manat artacaq. Daha dəqiq artım faizi fevral ayının əvvəllərində bəlli olacaq".
Oxu24.com
ŞƏRHLƏR