Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100786
az

Əli Mirəliyev OD PÜSKÜRDÜ: “Ağır günlərdə evini girov qoyanda harada idiniz?”

19:5709 Yanvar, 2024
209
CƏMİYYƏT
  • A
"Aygün balaca qız idi, onu bəstəkar Ramiz Mirişlinin yanına, "Dan ulduzu" ansanblına mən apardım".
 
OXU24.COM  bildirir ki, bu sözləri Ankarada xərçəngdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişən həmkarı Aygün Bəylərlə bağlı üzüntüsünü bölüşən tanınmış müğənni Əli Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.
 
Sənətçi vaxtilə Aygünün halını bir dəfə soruşmayan, amma indi onun adı ilə gündəmə gələn, "kədərlənən" müğənniləri tənqid edib:
 
"Aygün xəstəliklə çarpışanda, çətinliklər yaşayanda harada idiz? Bir dəfə konsert vermək istəyirdi, evini girov qoydu. Heç o konsert də alınmadı, yazıq qız borc içində boğulurdu.
 
O vaxt heç kim ona dəstək olmadı. Aygün heç yadlarına da düşmürdü, indi yalandan özlərinə əl qatıblar. Aygün getdi, yeri boş qaldı. Onun yerini heç kim doldura bilməz. Bütün sənətkarların yeri boş qalacaq.
 
Aygün balaca qız idi, onu bəstəkar Ramiz Mirişlinin yanına, "Dan ulduzu" ansanblına mən apardım. Dünən ölüm xəbərini eşidəndə bir onu dedim ki, heyf səndən Aygün, əlimizdən getdin...Hələ də özümə gələ bilmirəm, uşaq kimi ağlayıram...
 
Bu gün məni söyənlər, sabah mən öləndə də belə edəcəklər. Ağlayacaqlar dalımca... Onda gec olacaq. Sənətkarın qədrini vaxtında bilmək lazımdır. Cabir Novruz demişkən, sağlığında qiymət verin insanlara, öləndən sonra yox..."
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi