Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100774
az

İvanişvili Gürcüstan prezidenti ola bilər

17:5909 Yanvar, 2024
221
DÜNYA
  • A

Oxu24.com  xəbər  verir  ki,“Vzqlyad” müxalif “Pirveli” (Birinci) telekanalına istinadən xəbər verir ki, siyasətə qayıdan və “Gürcü arzusu”nun fəxri sədri olmuş milyarder və xeyriyyəçi Bidzina İvanişvili 2024-cü ilin sonunda Gürcüstanın prezidenti seçilə bilər.

 

“Bidzina İvanişvili üçün hadisələrin bu cür inkişafı o deməkdir ki, o, növbəti beş il ərzində ciddi siyasi toxunulmazlıq əldə edəcək”, - milyarderin keçmiş müşaviri, politoloq Gia Xuxaşvili bildirib.


Onun sözlərinə görə, bu halda prezidentin səlahiyyətlərini genişləndirmək olar.

 

Gürcüstan Konstitusiyasına əsasən, 2024-cü ilin sonunda prezident Gürcüstan parlamentinin deputatları və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət seçki kollegiyası tərəfindən seçiləcək. Hazırda Gürcüstanda siyasi qüvvələr ümumxalq prezident seçkilərinin saxlanılması imkanlarını müzakirə edirlər.

 

Pirvelinin sözlərinə görə, Bidzina İvanişvili hazırkı baş nazir İrakli Qaribaşvilini Tbilisi meri Kaxa Kaladze ilə əvəz edə bilər ki, bu da guya 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkilərinə qədər faydalı olacaq.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI