Ermənistan ordusunda qətl hadisəsi baş verib.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 9-da səhər saatlarında Basarkeçər rayonundakı (Vardenis) xidməti postlardan birində yaşanıb.
Məlumata görə, çağırışçı əsgərlərdən biri ona təhkim edilmiş odlu silahdan eyni postda xidmət edən zabitlərdən birinə atəş açaraq öldürüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR