Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100696
az

“Müğənni toyda partlamaya düşdü, dua oxudum özünə gəldi...” - Zirəddin Rzayev

22:0007 Yanvar, 2024
134
CƏMİYYƏT
  • A

Müğənni Xuraman Şuşaşlının "Özümə hər dəfə deyirəm ki, uşağı paylaşmayacağam, heç nə bölüşməyəcəyəm. Paylaşan kimi, evdə bir şey baş verir. Məryəm çox tez nəzərə gəlir" fikirləri xeyli müzakirələrə səbəb oldu, bəziləri bu düşüncənin xurafat olduğunu iddia etdi.

Bəs görəsən, həqiqətən gözə-nəzərə gəlmək anlayışı varmı? Kiminsə mənfi enerjisi ilə insan həyatında neqativ hadisələr baş verə bilərmi?

OXU24.COM  xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a tanınmış ekstrasens, klinik-psixoloq Zirəddin Rzayev danışıb.

O, məsələnin həm dini, həm də elmi tərəflərini izah edib:

"Mən tam səmimi deyirəm, Xuramanın fikirləri ilə tamamilə razıyam. Mənim həyatda ən qorxduğum şey məhz elə bəd-nəzərdir. Bəd-nəzərin gücünü görməsəydim, bu qədər həyəcan təbili də çalmazdım.

Biz əgər məsələ dini aspektdən yanaşırıqsa, bilməliyik ki, bəd-nəzər İslamda da var. Fələq, Nəs surəsi məhz elə bəd-nəzərə görədir, din alimləri nəzərdən qorunmaq üçün bu surələrin oxunmasını tez-tez məsləhət edirlər.

Məsələ elmi tərəfdən də araşdırıla bilər. Hazırda bütün dünyaya məlum olan telekinez və psixokinez adlı sahələr var. Psixokinez əşyalara toxunmadan onları hərəkət etdirməkdir, telekinez isə insan beyninə müdaxilə etməkdir, bu zaman qarşındakı şəxs qeyri-ixtiyari sən dediyini edir. Bu paranormal sahədə ən çox müzakirələrə və mübahisələrə səbəb olan fenomendir.

İnsan bəzən özü də bilmədən qarşısındakı şəxsə paxıllıq edir, yaxud onu həddindən artıq gözəl görür. Məsələn, bəzən ana öz uşağını çox istəyir, öpür, onunla oynayır və birdən uşaq xəstələnir, ananın özü də bilmədən övladına gözü dəyir. Xalqın içindən, ta qədimdən gələn anlayışlar var. Əsrlər boyu uşaqla oynayanda deyirlər ki, "tfu-tfu, göz dəyməsin!". Bunlar elə belə yaranmayıb, bu bizim milli folklorumuzdan gəlir".

Z.Rzayev uzun illərdən bəri atalarımızın da bəd-nəzərə inandığını qeyd edib:

"Bəd-nəzər çox pis şeydir və mən bütün varlığımla buna inanıram. Nizami Gəncəvi belə göz-nəzərə inanıb, o, "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsi olan "Nuşirəvan və bayquşların söhbəti"ndə bu məsələyə toxunur. Hekayədə bir bayquş digərinə deyir: mən burada ulayacam, şahın vilayətini viran qoyub sənin qızına cehiz verəcəyəm. Nizami Gəncəvi kimi dahinin inandığı bəd-nəzərə necə inanmamaq olar?

Bizdə bəd-nəzərlə bağlı atalar sözləri də var: Yüz yeyənin olsun. Bir deyənin olmasın. Yüz yeyən azaldır, amma bir deyən kökündən qoparır, yox edir".

Ekstrasens iddia edib ki, bəd-nəzər cadudan belə təhlükəlidir:

"Bəd-nəzər cadulardan belə qorxuludur. Cadu ilə insanların arasını vurmaq, xəstə salmaq olur, onların işini dayandırmaq olur. Buna baxmayaraq, cadunu "təmizləmək" olur, lakin bəd-nəzər elə bir şeydir ki, güllə kimidir, dəydisə, öldürə bilər, şikəst edə bilər, onun törətdiyi fəsadları aradan qaldıra bilməzsən.

Mən elə müğənnilər tanıyıram ki, durduğu yerdə halı qəflətən toyda pisləşib, partlamaya düşüb. Halbuki heç nə yeməmişdi. Çox qəribə vəziyyətə düşmüşdü, ona dua oxudum, bir müddət sonra özünə gəldi və səhnəyə çıxıb oxudu. Bəd-nəzər pis şeydir. Hətta şəkillə belə uzaq məsafədən də olsa, şəxsə bəd-nəzər dəyə bilər. Sosial şəbəkələrdən belə nəzər şəkillə keçir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ