Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100684
az

Netanyahu Hizbullah ilə münaqişənin siyasi həllinə hazır olduğunu bildirib

19:0907 Yanvar, 2024
157
  • A

İsrail hakimiyyəti Livanın şiə təşkilatı “Hizbullah”la münaqişəni siyasi üsullarla dayandırmağa hazırdır.

 

Oxu24.com  xəbər  verir  ki, Davar qəzetinin verdiyi məlumata görə, bunu baş nazir Benyamin Netanyahu İsrail hökumətinin iclasında deyib.

 

"Bacarsaq, bunu siyasi yollarla, yoxsa, başqa yollarla edəcəyik" ,deyə  baş nazir bildirib.

 

Netanyahu həmçinin açıq şəkildə Hizbullah nümayəndələrini Fələstinin Həmas hərəkatının son bir neçə ayda öyrəndiyi “dərs almağa” dəvət edib.

 

Eyni zamanda, o, heç bir terrorçunun cəzadan yayına bilməyəcəyini və İsrailin öz vətəndaşlarını qorumaq əzmində olduğunu bildirib.

 

Hazırda İsrail “Hizbullah”a qarşı fəal hərbi yanaşma həyata keçirir.

 

Belə ki, yanvarın 6-da İD İsrail bölgələrinin artilleriya atəşinə tutulmasına cavab olaraq Livan ərazisinə aviazərbələr endirib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə növbəti etiraz aksiyası keçirilir
Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda