"Cənazə Suraxanıda mənim evimə gətiriləcək. Amma çəkiliş üçün mediaya icazə verilməyəcək.
Bacım həmişə özünü hörmətli aparıb, istərdim ki, dəfni də elə olsun".
OXU24/COM bizim.media-ya istinadən xəbər verir ki, bunu vəfat etmiş müğənni, Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova sosial şəbəkədə yazıb.
O, başsağlığı üçün qapılarının hamının üzünə açıq olduğunu qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR