Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100671
az

Dövlət Aygün Bəylərin nəşinin gətirilməsi üçün şəxsi təyyarə ayırıb

16:4807 Yanvar, 2024
394
CƏMİYYƏT
  • A
Aygün Bəylər konsertdə çox stres keçirdi, ağrıları oldu”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova bildirib. O qeyd edib ki, mərhumun nəşi hələ Bakıya gətirilməyib: “Aygün Heydər Əliyev Fondu sayəsində Türkiyəyə getmişdi. Sağ olsunlar, dəstək oldular. Gecə saat 3-də şəxsi təyyarə ilə yola düşəcəkdilər. Alınmadı. Təyyarə gözləyirdi, sənədləri tam hazır deyildi. İndi isə artıq sənədlər tam hazırdır. Gözləyirik ki, gəlin, aparın desinlər. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Xalq onu gözləyir. Hər kəs sənətkarı ilə vidalaşmaq istəyir. Sabah dəfn edərik, inşallah. Həqiqətən, biz də dəqiq nə vaxt gələcəyini bilmirik. Dünən vəfatı barədə ilk xəbər çıxanda Aygün sağ idi. Sadəcə, komada idi. Ümidimizi kəsmədik. Düşündük ki, ayıla bilər. Çox heyif”. “Birdən-birə oldu. Konsertdə çox stres keçirdi, ağrıları oldu. Tədbir gecikmişdi. Təzyiqi qalxdı. Konsert arzusu idi. Qızının hələ də xəbəri yoxdur. Heç nə bilmir. Biz çəkiliş istəmirik. O halda deyilik. Xalq sənətkarı itirdi, xəzinəmiz getdi. Çox çətindir. Biz şou yaradılmasını istəmirik. Biz belə şeyləri sevmirik”, - deyə Z.Hümmətova sonda fikrini tamamlayıb. Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib. Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi
Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi