Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100639
az

Xalq artisti vəfat etdi

23:2506 Yanvar, 2024
187
DÜNYA
  • A

Görkəmli bəstəkar, SSRİ Xalq artisti Murad Kajlayev vəfat edib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə bəstəkarın yaxınları sosial mediada məlumat veriblər.


Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində doğulub. 1949-cu ildə M. Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olub, burada Qara Qarayevdən dərs alıb.

Sonrakı illərdə o, Mahaçqalaya köçərək, bəstəkar həmkarlarları ilə Dağıstan Muxtar Respublikasında peşəkar bəstəkarlıq yaradıcılığının təməlini qoyub.

M. Kajlayev Mahaçqalanın musiqi texnikumunda dərs deyib, vokal-instrumental ansambla rəhbərlik edib, 1957–63-cü illərdə Dağıstan radiosu simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, 1963–73-cü illərdə Dağıstan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi işləyib, nəhayət, 1989-cu ildən Moskvada Yuri Silantyev adına Akademik Böyük estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

M. Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən alıb.

15 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə M. M. Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib.

Murad Kajlayev "Sovet Azərbaycanı", "Məhəbbətim mənim, kədərim mənim", "Qəribə adam" filmlərinin musiqisinin də müəllifir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi