Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100635
az

Livan xəbərdarlıq etdi və Borrell İsrailə "siqnal" göndərdi

22:5806 Yanvar, 2024
197
DÜNYA
  • A

Livanın baş naziri Najib Mikati xəbərdarlıq edib ki, İsrailin Livanla sərhəddəki hərəkətləri regional müharibənin başlanmasına səbəb ola bilər.

 

Oxu24.com xəbər  verir  ki,Onun sözlərini TASS sitat gətirir.


Livan İsrail hakimiyyətindən respublikanın suverenliyinin pozulmasından əl çəkməyi və qoşunların ölkənin cənub rayonlarından çıxarılmasını tələb edib.

Mikati Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə görüşündə ölkəsinin vətəndaşlarının hər kəslə silahlı qarşıdurmanın əleyhinə olduğunu və dinc yanaşı yaşamaya sadiq olduqlarını vurğulayıb.

Eyni zamanda, Borrell Livan hökumətinin başçısını dəstəkləyib və respublikanın Fələstin-İsrail münaqişəsinə sürüklənməsinin yolverilməzliyinə işarə edib. O əlavə edib ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə böhranın eskalasiyasının qarşısını almaq üçün məsuliyyət daşıyır: “Mən bu siqnalı, o cümlədən İsrailə göndərirəm”.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyənin keçmiş dövlət naziri     vəfat     etdi
Suriya qoşunları ölkənin üç vilayətində irəliləməyə başlayıb
Qvineya-Bisau XİN rəhbəri: "İndi ən vacib məsələ Azərbaycanla..."

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı