Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100602
az

Bayram günlərində zəhərlənən şəxslərin sayı məlum oldu

15:2706 Yanvar, 2024
179
  • A

Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət olub.

Bu barədə OXU24.COM -a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.

Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO
Bu ölkədə ZƏHƏR QADAĞASI -İstila başladı, “siçovul taunu” yayılacaq