Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1006
az

Taksi və avtobuslarla bağlı VACİB YENİLİK

10:5124 Aprel, 2018
953
CƏMİYYƏT
  • A
 Yol hərəkətinin təşkili və yol hərəkət qaydaları üzrə tanınmış ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan dəyişiklikləri şərh edib.

Oxu24.com xəbər verir ki, ekspert dəyişikliklərin taksi sürücüləri üçün maraqlı olacağını deyib: “Taksilərin tək-tükündə taksometr var. Bəzən DYP taksi sürücülərinə bu qurğu olmadığına görə İXM-in 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdı.

Dünən təsdiqlənən dəyişikliyə görə təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir. Amma bu dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Qanunda birbaşa göstərilir ki, bu dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar 2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz. Görünür, düşünürlər ki, 1 yanvar 2019 tarixinədək taksilər taksometrlə təmin olunacaq”.

Ekspert İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik olan taxoqrafdan istifadə ilə bağlı fikirlərini də bölüşüb: “Bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Yenilik odur ki, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcək.

Ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir:

- icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla);

- şəhərlararası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla).

Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur.

Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir.

Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz.

Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi təşəkkür barədə qətnamə layihəsi qəbul olunub
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi