Ötən gün vəfat edən Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, sənətçinin Buzovna qəsəbəsindəki evində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.
Mərasimdən sonra mərhum Buzovnada yerləşən "Əli ayağı" qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, G.Şükürlü uzun sürən xəstəlikdən sonra yanvarın 5-də 62 yaşında dünyasını dəyişib.
Oxu24.com
ŞƏRHLƏR