Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100582
az

İran qisas alacaq

11:1206 Yanvar, 2024
106
DÜNYA
  • A

İran Prezidenti İbrahim Rəisi ölkənin Kirman şəhərində törədilən terror aktlarının qisasının alınma vaxtını və yerini İran Silahlı Qüvvələrinin təyin edəcəyini bildirib.

Oxu24.com  İran KİV-nə istinadən xəbər verir ki, o, bunu Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində çıxışı zamanı deyib.

İ.Rəisi İranın gücünün ən mühüm amil olduğunu xatırladıb: “Düşmənlər artıq bizim gücümüzü görüb və hiss ediblər. İran Silahlı Qüvvələri təşəbbüsü ələ alacaq və cavab tədbirinin vaxtını və yerini müəyyənləşdirəcək”.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.(Report)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya ABŞ-ın Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə planını dəstəklədi
Səhiyyə naziri onu yüksək vəzifəyə təyin etdi
Finlandiya Aİ-ni Rusiya ilə sərhəddəki miqrantlarla bağlı ümumavropa həllinə çağırıb