Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100569
az

Ağır qəza: Yaralılar var

23:0005 Yanvar, 2024
303
SON DƏQİQƏ
  • A

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report"un Muğan bürosunun məlumatına görə, olay Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı “VAZ 2107” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.

 

Nəticədə Cəlilabad rayon sakini 1997-ci il təvəllüdlü Musayev Fərid və 1956-ci il təvəllüdlü Bəşirov Ədalət ağır xəsarət alıb.

 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın başladı
Gəncədə əməliyyat: 47 nəfər həbs edildi
Baş mühəndis vəfat etdi