Süni ürək taxılan xəstə 100 gün yaşadı
12 Mart 2025, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
307
05.01.2024, 20:49
Din bütün dünyada ən həssas mövzudur. Bu həsasslıqdan istifadə edə bilən qüvvələr asanlıqla münaqişə yarada, vəziyyəti gərginləşdirə bilir. Din ən güclü təbliğat vasitəsi olduğu üçün bir çox ölkələr, xüsusilə də ABŞ təsir məqsədi ilə bundan çox yaxşı istifadə etməyi bacarır. Onlar cəmiyyətin dinə qarşı həssaslığını bilərək insanları ən zəif nöqtələri vasitəsi ilə rahat idarə edirlər. İllərlə də bu "silah" vasitəsi ilə ölkələr arasında münaqişə yaradan, minlərlə insanların yurdundan-yuvasından didərgin düşməsinə məhz ABŞ olub.
İndi də ABŞ dinin həssaslığını nəzərə alaraq illik "hesabat" hazırlayıb. Reallıqla əlaqəsi olmayan bu "hesabat" ötən gün təqdim olunub. Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. "Sənəd"də qeyd olunana görə guya Azərbaycanda dini azadlıq zəifdir.
Ötən il Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanaraq qərəz fonunda hazırlanan "hesabat"da həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulmasının, 60 dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsinin nəzərə alınmaması diqqət çəkir.
Həmçinin oxuyun
Dünyada dini və milli tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanı belə qondarma iddialarla təqdim etmək üçün ABŞ-nin nə siyasi, nə də mənəvi haqqı çatır. Məhz bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır. Aydın görünür ki, hesabat ermənilər tərəfindən tərtib olunub. Hesabatın Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib.
Əslində bu "hesabat"la ABŞ Dövlət Departamenti bir daha əsl üzünü, öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Görünür bu "sənəd" dini ayrıseçkiliyə qarşı mübarizə məqsədilə deyil, bu ayrıseçiliyi daha da möhkəmlətmək və dünya ictimaiyyətinin gözündə qanuniləşdirmək məqsədi daşıyır.
Hər kəs din seçimində, inancında azaddır. Bu azadlıq, tolerantlıq xüsusilə Azərbaycanda seçilir. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub insanların birgəyaşayışı, dinin dövlətdən ayrı olması, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi, multikultural ənənələrin qorunması, son illərdə ölkəmizdə dinlər və millətlər arası münasibətlərlə bağlı keçirilən beynəlxalq yarışlar, elmi konfranslar və s. bunu deməyə əsas verir. Bu ölkədə istənilən dinə öz müqəddəs məkanında rahat şəkildə ibadət etməsi üçün şərait yaradılıb, ayrı-seçkiliyə, inancına görə təhqir və təhdid olunmasına yolverilmir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.
00:46 / 13 Mart 2025
İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
38
00:00 / 13 Mart 2025
Tramp Stiv Uitkofu Moskvaya göndərir
63
23:30 / 12 Mart 2025
Azərbaycanda bu fəsil sıradan çıxır - Ekoloq
50
23:26 / 12 Mart 2025
Süni ürək taxılan xəstə 100 gün yaşadı
60
23:00 / 12 Mart 2025
Sığorta şirkətinə rəhbər təyin olundu
58
22:51 / 12 Mart 2025
Məhşur müğənni əməliyyat olundu - FOTO
59
21:54 / 12 Mart 2025
Albaniya Prezidenti Azərbaycana gəlib
52
21:31 / 12 Mart 2025
BMT Rusiya-Ukrayna atəşkəsi ilə bağlı fikrini açıqladı
62
20:54 / 12 Mart 2025
13 yaşlı oğlan eyvandan yıxılıb öldü
66
20:48 / 12 Mart 2025
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
80
20:30 / 12 Mart 2025
Sarkisyana qadağa qoyuldu
92
20:15 / 12 Mart 2025
SON DƏQİQƏ! Prezident yeni təyinat edib
1983
20:13 / 12 Mart 2025
Təyyarə göydə tüstülədi
81
20:10 / 12 Mart 2025
İsrail 5000 Kamikadze İHA almağa hazırlaşır
95
20:02 / 12 Mart 2025
Çinli ixracatçılar Rusiyada malların ələ keçirildiyini bildirirlər
82
19:52 / 12 Mart 2025
Serbiya BMT-nin Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinə səsverməni geri götürüb
85
19:33 / 12 Mart 2025
SON DƏQİQƏ! Onlar həbs edildilər
788
19:25 / 12 Mart 2025
Türkiyəyə böyük ümidlər var
91
19:22 / 12 Mart 2025
“Qazprom”un top meneceri kokainlə həbs edilib
91
19:19 / 12 Mart 2025
Rusiya səfirliyi Yunanıstanın RİA Novosti-yə akkreditasiyadan imtina etməsinə cavab verib
96
19:15 / 12 Mart 2025
Beş ölkənin xarici işlər nazirləri ABŞ-la Qəzzanın yenidən qurulması planını müzakirə ediblər
87
19:11 / 12 Mart 2025
Ərazilər Rusiyada qalacaq - KİV
95
18:55 / 12 Mart 2025
Kanadadan ABŞ-yə cavab
85
18:50 / 12 Mart 2025
3 rayonda qaz olmayacaq
94
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.