Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100536
az

İŞİD terrorçuları kütləvi şəkildə Almaniyaya toplaşır

18:4605 Yanvar, 2024
141
  • A

Mərkəzi və Mərkəzi Asiya ölkələrindən İslam Dövlətinin tərəfdarları və üzvləri Ukraynadakı döyüş bölgəsindən Almaniyaya getdikcə daha çox gəlirlər.

 

Oxu24.com  Bild-ə istinadən  yazır ki, onlar Almaniyaya ukraynalı qaçqınlar adı altında gəlirlər.


Nəşrin jurnalistlərinin bildirdiyinə görə, daha çox bu sxemlə Almaniyaya “Xorasan İslam Dövləti” qruplaşmasının (İŞİD-in Pakistan, İran, Əfqanıstan və Mərkəzi Asiyada fəaliyyət göstərən qolu) üzvü olan Tacikistan vətəndaşları gəlir.

 

Bild həmsöhbətlərinin bildirdiyinə görə, onlar saxta sənədlərdən istifadə edir və almanlara işgəncə və təqiblərlə bağlı uydurma hekayələr danışırlar və onlar ukraynalı qaçqınları demək olar ki, heç bir yoxlama olmadan qəbul edirlər.

 

Eyni zamanda, Ukraynadan Almaniyaya gedən terrorçu tərəfdarların dəqiq marşrutu açıqlanmır.

 

Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələri iddia edir ki, Almaniyaya qaçqın adı altında gələn İŞİD tərəfdarları həm Almaniyada, həm də digər ölkələrdə terror aktları və hücumlar planlaşdıra bilərlər.

 

“Artıq bir neçə aydır ki, bütün Avropada döyüş hazırlığı vəziyyəti hökm sürür... Təkcə Almaniyada islamçılar artıq üç dəfə dəhşətli qan gölünə cəhd ediblər – sonuncu dəfə Köln kafedralında”, – Bild-in həmsöhbətləri bildirir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“50-dən çox ölkə ilə birlikdə hərəkət edirik”
Belousov        Şimali             Koreyadadır
İtaliyada    zəlzələ     oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək
Sumqayıtda 40 yaşlı kişi     kafedə    öldü