Yanvarın 5-də Çin 2024-cü ildə ilk peyk bürcünü uğurla orbitə çıxarıb.
Oxu24.com xəbər verir ki,bu barədə TASS Çin Aerokosmik Elm və Sənaye Korporasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, “Tianmu-1” meteoroloji peykləri Çinin “ExPace Technology” şirkəti tərəfindən yerli vaxtla saat 19:20-də Jiuquan” peyk buraxılış mərkəzindən orbitə çıxarılıb.
Peyklər orbitə “Kuaizhou-1A” daşıyıcı aparatı ilə çıxarılıb və avadanlıqlar hava şəraiti ilə bağlı məlumatların ötürülməsi üçün kommersiya məqsədləri üçün istifadə olunacaq.
Bundan əvvəl G60 Starlink layihəsinin ilk peykinin Çində buraxıldığı bildirilirdi. Cihaz milyarder İlon Maskın SpaceX şirkətinin Amerika Starlink şirkəti ilə rəqabət aparacaq gələcək İnternet rabitə şəbəkəsinin bir hissəsi olacaq.
Layihə 2022-ci ildə Çin Elmlər Akademiyasının Mikrosatellit İnnovasiya Akademiyası tərəfindən yaradılmış dövlətə məxsus Shanghai Gesi Aerospace Technology (Genesat) tərəfindən idarə olunur.
Bundan əvvəl məlum olub ki, Çin dekabrda üç tədqiqat peykini orbitə çıxarıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR