Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100520
az

Ötən il Almaniyanın sığınacaq verməkdən imtina etdiyi Azərbaycan vətəndaşlarının sayı məlum oldu

15:0305 Yanvar, 2024
140
CƏMİYYƏT
  • A

Ötən il 1 438 nəfər Azərbaycan vətəndaşı Almaniyaya gedərək rəsmi Berlindən sığınacaq istəyib.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Qeyd olunub ki, keçən il ümumilikdə 1 222 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 53-ü qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. Altı nəfərin deportasiya qərarı ləğv edilib, 10 nəfər isə ailə birləşməsi əsasında yaşamaq icazəsi əldə edib.

Federal idarədən bildirilib ki, ötən il 667 Azərbaycan vətəndaşının qaçqın statusu ilə bağlı ərizəsinə mənfi cavab verilib. Onlara ölkəni könüllü tərk etmələri ilə bağlı müraciət olunub. Bəziləri isə edilən xəbərdarlığa baxmayaraq Almaniyada qanunsuz şəkildə yaşayıblar. Həmin şəxslərin işləri yerli inzibati məhkəmələrə göndərilib.

BAMF-nin məlumatına görə, 2023-cü ildə ümumilikdə 325 801 nəfər Almaniyaya gələrək sığınacaq üçün müraciət edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu, 60,3 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 21 287-si Almaniyada bir yaşa qədər doğulmuş uşaqlara aid olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi