Cəlilabad rayon sakini xəstəlikdən vəfat edib.
OXU24.COM xəbər verir ki, rayonun Sabirabad kənd sakini, Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, dekabrın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
Oxu24.com
ŞƏRHLƏR