Yaşınızdan və genetikanızdan asılı olmayaraq gənc görünə və özünüzü cavan hiss edə bilərsiniz.
Bu barədə əvvəllər İngiltərədə Şahzadə Harri və Şahzadə Yevgeni ilə işləyən diyetoloq Qabriela Pikok danışıb.
"Elm aydındır: hansı genetik mirasla üzləşməyimizdən asılı olmayaraq, həyatımızda sadə dəyişikliklər etməklə gələcəyimizi yaxşılaşdırmaq qüdrətimiz var. Reallıq budur ki, biz hamımız bəzən yarımfabrikat qidalar, həddindən artıq spirtli içki içir, hətta plastik şüşələrdən su içmək kimi qeyri-sağlam yemək vərdişlərə sahib oluruq. Bunların hər biri bizə pis təsir edir və yalnız qocalma prosesinə kömək edir. Bununla belə, hər bir insanın bunu dəyişdirmək potensialı var. Beləliklə, qocalma prosesini yavaşlatmaq istəyirsinizsə, şəkərə qəti "yox" deyin, şirniyyat və karbohidratlardan qaçın, çünki onlar qocalmanın əsas düşmənlərindən biri olan xroniki iltihabı artırır. Onları menyuda azaltmağa çalışın, bu, enerji səviyyəsi və hormonal balansına müsbət təsir göstərəcək", - mütəxəssis izah edib.
Bundan əlavə, o, gündəlik rasionunuza qida maddələrini daxil etməyi tövsiyə edib. Söhbət antioksidantlardan (A, C, E vitaminləri), balıq və kətandan olan omeqa-3 yağ turşularından, həmçinin kollagendən gedir.
"Bu, erkən yaşlanma ilə mübarizə aparmağa kömək edəcək, dərini nəmləndirəcək və elastikliyini gücləndirəcək. Temperaturun dəyişməsindən yararlanmaq çox vacibdir. Məsələn, qışda çöldə gəzin, idman edin və sərin su ilə yuyunun. Bununla belə, duşdan sonra soyuq suda qısa müddət qalmaq və ya saunaya baş çəkmək həyatın bir hissəsinə çevrilməlidir. Bu sadə tövsiyələrə əməl etsəniz, bədəninizin necə uyğunlaşmağa başlayacağını və özünüzü daha gənc hiss edəcəyinizi görəcəksiniz. Müsbət dəyişikliklər etməyə və gəncliyin gətirdiyi enerjidən yararlanmağa başlamaq üçün heç vaxt gec deyil", - Britaniya kral ailəsinin diyetoloqu yekunda vurğulayıb
Oxu24.com
ŞƏRHLƏR