Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100441
az

Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb

13:2704 Yanvar, 2024
158
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanda yanvarın 5, 6 və 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Bu barədə Oxu24.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi ayın 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8 -13 dərəcə isti olacaq".

G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Xidmət rəsmisi bildirib ki, ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba, Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal edilir: "6 yanvarda gündüz saatlarından yağıntıların dayanacağı, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25 -30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abdullahianın cəsədi belə tapıldı
Helikopter qəzası buna görə olub - İlkin ehtimal
İranın müvəqqəti prezidenti o olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda qadını döyüb ona qarşı quldurluq edən şəxs SAXLANILDI