Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100426
az

Ruslar bu ölkədən qovulur

12:1204 Yanvar, 2024
168
DÜNYA
  • A

Əksəriyyətinin yaşı 60-dan yuxarı olan 1167 Rusiya Federasiyası vətəndaşı Latviyadan deportasiya olunmaqla hədələnib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə LETA agentliyi Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə (OCMA) istinadən xəbər verir.

 

Bərabər sayda qadın və kişilərin ölkədən çıxarılmasının planlaşdırıldığı dəqiqləşdirilir. Artıq 46 nəfər ölkəni tərk edib.

 

"Latviyadan deportasiya İmmiqrasiya Qanununa edilən dəyişikliklərin tələblərinə əməl etməyən vətəndaşları təhdid edir", - nəşr yazır.

 

Həmçinin, deportasiya Latviyada yaşamaq üçün müraciət etməyənləri və Latviya dili imtahanından keçməyənləri hədələyir.

 

OCMA-nın rəhbəri Maira Rouzun sözlərinə görə, Rusiya vətəndaşlarının ölkədən deportasiyası prosesi çətin olacaq.

 

Başlamaq üçün onlar Latviyanı niyə tərk etmədiklərini izah etməli olacaqlar. Onlar bu izahatları fevralda nəzərdən keçirməyi planlaşdırırlar.

 

Əgər ruslar öz istəkləri ilə bir ay ərzində ölkəni tərk etməkdən imtina edərlərsə, məcburi qovulma ilə üzləşəcəklər.

 

Bundan əvvəl Latviya prezidenti Edqars Rinkeviçs Rusiya və Belarusla sərhədi möhkəmləndirməyə çağırıb.

 

Bundan əvvəl Latviya döyülən iki miqrantı Belarusa qovmuşdu.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində fövqəladə vəziyyət rejimi     tətbiq       edildi
Everest turistlər və alpinistlər    üçün    bağlandı
Qazaxıstan AZAL-ın qara qutularının məlumatları ilə bağlı açıqlama yaydı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu