İsrail ordusu ardıcıl ikinci gün İordan çayının qərb sahilində reydlər həyata keçirib.
Oxu24.com xəbər verir ki,bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Nur Şəms fələstinli qaçqın düşərgəsinin yerləşdiyi Tulkərm şəhərində əməliyyat artıq 26 saatdan çoxdur davam edir.
Yerli sakinlər orada hərbçilər tərəfindən kütləvi həbslərin edildiyini bildirirlər.
Eyni zamanda Bethlehem, Nablus, Ramallah və Hebronda təmizləmə əməliyyatları davam edir.
Əl-Cəzirə qeyd edir ki, İsrailin hərbi fəallığı Şərqi Qüdsdə də müşahidə olunur. Həmçinin yanvarın 3-ü axşam saatlarından etibarən ən azı 14 fələstinlinin həlak olduğu Xan Yunis bölgəsində Qəzza zolağının cənub hissəsində davamlı hava hücumları davam edir.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR