Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100402
az

SON DƏQİQƏ! ABŞ İrandakı terrorla bağlı rəsmi açıqlama yaydı

23:0703 Yanvar, 2024
493
SON DƏQİQƏ
  • A

ABŞ və İsrailin İrandakı bugünkü partlayışlarda heç bir şəkildə əli yoxdur.

 

Oxu24.com  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

 

"Biz hesabatları çox diqqətlə izləyirik. Bizim təqdim edəcəyimiz hər hansı məlumat yoxdur. Bu dəhşətli partlayışda həlak olanların yaxınlarına başsağlığı veririk. Buna nəyin səbəb ola biləcəyi barədə fikir söyləmək hələ tezdir.

 

Amma mən bəzi məsuliyyətsiz bəyanatlara cavab vermək və demək istəyirəm ki, birincisi, ABŞ-ın heç bir şəkildə bu işə qarışmadığını və bunun əksini ifadə edən hər hansı bəyanatın gülünc olduğunu söyləmək lazımdır. İkincisi, bizim İsrailin əli olduğuna inanmaq üçün heç bir əsasımız yoxdur", deyə o bildirib.

 

Bu gün İranın cənub-şərqində yerləşən Kirman əyalətində iranlı general Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.


Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Qeyd edək ki, iranlı general Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində öldürülüb

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Polis 1,6 kq narkotik aşkarlayıb