Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100391
az

İran ABŞ-ı  hədələyir

21:2403 Yanvar, 2024
198
DÜNYA
  • A

İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-ı İsrailin HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Arurini öldürməsinin nəticələrinə hazırlaşmağa çağırıb.

 

Oxu24.com İRNA-ya istinadən  xəbər verir ki, İranlı nazirin sözlərinə görə, ABŞ “regional balansı pozub və bunun nəticələri onların üzərinə düşəcək”.


Aştiani qeyd edib ki, bu cür “strateji səhvlər regionu həyəcanlandıracaq” və gözlənilən effektin əksinə gətirib çıxaracaq: “Müqavimət qüvvələrinə qarşı bu cür addımlar Amerika siyasətinə qarşı regional həmrəyliyi gücləndirəcək”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, “qorxaq terror əməliyyatları ABŞ-ın bu quruma birbaşa dəstəyinə” baxmayaraq, İsrailin Qəzza zolağında qarşısına qoyduğu məqsədə çatmadığını sübut edir.

İran prezidenti İbrahim Rəisi də öz növbəsində əl-Arurinin qətlini “Fələstinlilərə qarşı mübarizədə sionistlərin utanc verici uğursuzluğu” adlandırıb.

Həmas siyasi bürosunun sədr müavini Saleh əl-Aruri yanvarın 2-də Beyrutda endirilən hava zərbəsi nəticəsində öldürülüb. Əl-Aruri ilə yanaşı qrupun daha bir neçə yüksək rütbəli üzvü öldürülüb.

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tiflisdəki mitinqdə son vəziyyət: 1 polis yaralandı
Şarl Mişel səlahiyyətlərini təhvil verdi

Antalyada zəlzələ oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu