Ukraynanın Nikolayev vilayətində silsilə partlayışlar baş verib.
Oxu24.com xəbər verir ki,bu barədə “Obşçestvennoe” telekanalı şəhər hərbi administrasiyasının rəhbəri İvan Kuxtaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, partlayışlar Snigirevka kəndinin kənarında yerləşən müəssisədə baş verib.
"Snigirevkanın kənarındakı müəssisələrdən birinin ərazisində bir neçə partlayış baş verib... Hazırda bütün təfərrüatlar dəqiqləşdirilir", - telekanalın açıqlamasında deyilir.
Eyni zamanda, Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatına görə, bölgədə hava hücumu xəbərdarlığı elan edilməyib.
Bundan əvvəl Ukraynanın üç bölgəsində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib. Söhbət Dnepropetrovsk, Kirovoqrad və Xarkov vilayətlərindən gedir.
Ukraynanın “Strana.ua” nəşri də Xarkov vilayətində partlayışlar barədə məlumat yayıb. Yanvarın 3-nə keçən gecə Ukrayna hakimiyyətinin nəzarətində olan Xersonda partlayışlar baş verib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR