Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100378
az

İndoneziya Fransa təyyarələrini almaq əvəzinə Rusiya təyyarələrini təkmilləşdirir

20:0303 Yanvar, 2024
145
DÜNYA
  • A

İndoneziya hələlik Fransadan 12 dördüncü nəsil “Mirage 2000-5” çoxməqsədli qırıcı almaq deyil, bunun əvəzinə ölkədə mövcud olan Rusiyanın “Sukhoi” təyyarələrini və Amerika F-16 qırıcılarını modernləşdirmək qərarına gəlib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə İndoneziya Müdafiə Nazirliyinin rəhbəri Danil Anzar Simanjuntak TV One telekanalında bildirib.

 

"Hökumət  Mirage təyyarələrinin alınmasını təxirə saldı" ,deyə nazir bildirib.

 

Onun sözlərinə görə, bu qərar ölkənin maliyyə imkanlarının məhdud olması səbəbindən verilib.

 

Simanjuntak izah edib ki, yeni müdafiə alqı-satqısı əvəzinə ölkə rəhbərliyi İndoneziyanın artıq anbarında olan Sukhoi və F-16 təyyarələrinin yenilənməsinə göstəriş verəcək.

 

2022-ci ildə İndoneziyanın Fransadan 42 ədəd Rafale qırıcısı alacağı məlum olub. Bundan əvvəl ABŞ-ın sanksiyaları səbəbindən İndoneziyaya 1 milyard dollar dəyərində 11 ədəd Rusiya Su-35 təyyarəsinin tədarükü ilə bağlı müqavilə yerinə yetirilməmişdi.

 

Bundan əvvəl Ağ Ev İndoneziya ilə 36 qırıcı təyyarənin satışına dair müqaviləni təsdiqləyib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 100 mindən çox sakin       təxliyə       ediləcək
Simonyanın əri    komaya     düşüb
Yanğınlara görə İtaliyaya səfərini     təxirə    saldı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Türkan Gündüzü öldürən ərinə 17 il     həbs      verildi