Rusiyada uşağın meyiti tapılıb.
2022-ci il təvəllüdlü qızın meyiti Moskvanın Karamzin keçidindəki evlərdən birinin eyvanında tapılıb.
Oxu24.com xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti yanvarın 3-də bildirib.
“Mənzilin eyvanında 2022-ci il təvəllüdlü qız uşağı olan azyaşlı uşağın meyiti tapılıb”, - deyə məlumatda bildirilir.
Mütəxəssislər uşağın ölüm səbəbini araşdırır. Cəsədin tapıldığı hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri çalışır.
Moskva prokurorluğu istintaqın gedişinə nəzarət edir. Cinayət işinin başlanması məsələsi həll edilir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR