Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100376
az

İranda ölü sayı şok həddə çatdı: Ölkədə matəm elan edildi

19:3303 Yanvar, 2024
605
  • A

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb.

Oxu24.com  xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Ölənlərin sayı 103 nəfər təşkil edir.

Qeyd edək ki, terror aktı ilə əlaqədar 4 yanvar ölkədə matəm elan edilib.

Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

İranın Kerman əyalətində baş verən terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Düşmən Laçını      atəşə     tutdu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”