Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100356
az

Toyda başqasına qoşulub qaçdığı deyilən qızdan XƏBƏR VAR - YENİLƏNİB

15:3903 Yanvar, 2024
308
  • A
Sosial şəbəkələrdə Göygöl rayonunda 17 yaşlı qızın həyatının təhlükədə olması barədə məlumatlar yayılıb.
 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan məlumatlarda N.M. adlı gənc qızın 40 yaşlı şəxslə yeni ailə qurması, bir müddət sonra isə başqa şəxsə qoşulub qaçması bildirilib. İddia edilib ki, qızı qardaşı axtarır və onu taparaq həyatına qəsd edə bilər. Həmçinin 17 yaşlı qızın qoşulub qaçdığı şəxsin ondan ayrıldığı deyilir.
 
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin Gəncə Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, barəsində bəhs edilən qız itkin düşmüş şəxs kimi axtarışda olub. Eyni zamanda o, oğurluq əməlində də şübhəli bilinir: "Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Həmin xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Hər hansı həyatı təhlükəsi yoxdur".
 
--------
 
10:43
 
Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır.
OXU24.COM  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 
 
İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə ərə verilib. 
 
Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb. 
 
Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.
 
Atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşının öldürməsi təhlükəsi olduğu iddia edilir. 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər kəsin bəyənərək yediyi bu qidalar xərçəng xəstəliyi yaradır - Professordan xəbərdarlıq
İllərdir səhv bilirikmiş - Limonun özü deyil, qoxusu qan təzyiqini aşağı salır
Bu ərazidə işıq olmayacaq

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Həyat yoldaşı ölən kişidən ürəkdağlayan sözlər:"Balam yetim qaldı" +VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Cəfəri suyu nəyə faydalıdır? - Min bir dərdin dərmanı...
Həbsdəki general əmlaklarının üzərinə qoyulan həbsin götürülərək satılmasını istəyir