Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100339
az

Qanından heroin aşkarlanıb - Rəşad Dağlı cinayətinin gizlin detalları +VİDEO

11:0103 Yanvar, 2024
745
ÖZƏL BÖLÜM
  • A

Oxu24.com Rəşad Dağlı cinayətinin detallarını təqdim edir:

2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum şəxsin qətlə yetirilməsi haqda məlumat verib.

Bundan 40 dəqiqə sonra Rəşad Dağlı kimi tanınan meyxanaçı, 1984-cü il təvəllüdlü Rəşad Əmirov Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə yaxınlaşaraq təslim olub. O, Qaradağ rayonu ərazisində aralarında baş vermiş mübahisə zamanı İskəndər adlı şəxsi öldürməsini bildirib.

Məlum olub ki, hadisə Bakı-Qazax magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Kənar dairəvi yolunun 8-ci km-də baş verib. Prokurorluq və polis əməkdaşlarının hadisə yerinə keçirdikləri baxış zamanı sel sularının axıntısı üçün nəzərdə tutulmuş beton örtüklü arxda üzü üstə uzanıqlı halda kişi meyiti aşkar ediblər.

Rəşad Əmirovun idarə etdiyi “Niva” markalı (10-VR-009) avtomobilə baxış keçirilərkən, saxlanc yerdə kütlə və salonun bəzi yerlərində damcı halında qan ləkələrinin olması müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İskəndər Mehdiyevin bədən səthində 14 ədəd bıçaq xəsarəti, qanında isə narkotik vasitə heroin və amfetamin aşkar edilib.

Narkoloji Mərkəzdə keçirilmiş tibbi müayinə əsasən, Rəşad Əmirovun qanında hər hansı narkotik maddə aşkar edilməyib. Narkoloji Mərkəzdən göndərilən məktuba əsasən, İskəndər Mehdiyev 2018-ci ildə “asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olub.

İskəndər Mehdiyev Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin 2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə), Yasamal rayon Məhkəməsinin 2014-cu və 2022-ci il tarixli hökmləri ilə 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəlləri ilə məhkum olunub.

 

Mənbə: TV11 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO