Bütün günü yuxulu olmaq nəyin əlamətidir?
14 Mart 2025, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
315
03.01.2024, 00:49
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 725,9 milyon manat məbləğində vəsait yönəldilib.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu aylıq hesabatda yer alıb.
Məlumatda bildirilir ki, ötən ilin ilk 11 ayında əsas kapitala yönəldilən vəsaitin 805 milyon manatı və ya 5,1%-i yaşayış evlərinin tikintisinə sərf olunub. Lakin komitə 11 ay ərzində tikilən yaşayış evlərinin sahəsi haqqında məlumat açıqlamayıb.
Məlumat üçün bildirək ki, Statistika Komitəsi əvvəllər tikilən yaşayış evlərinin sahəsi və sərf olunan vəsait barədə məlumatları aylıq olaraq açıqlayırdı. Bu məlumatlar əsasında yaşayış evlərinin 1 kv. metri üçün nə qədər vəsait sərf olunduğunu öyrənmək mümkün olurdu.
Onu da bildirək ki, ölkədə tikilən yaşayış evlərinin sahəsi barədə sonuncu məlumat 2022-ci ilə aiddir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə ümumi sahəsi 2 816 000 kv metr olan yaşayış evlərinin tikintisinə 925,4 milyon manat vəsait sərf olunub. Açıqlanan məlumatlara istinadən apardığımız hesablama göstərir ki, 2022-ci ildə Azərbaycanda yaşayış evlərinin 1 kv. metrinin tikintisinə orta hesabla 328 manat sərf edilib.
Maraqlıdır ki, satışa çıxarılan yeni tikililərdə mənzillərin qiyməti bu göstəricidən dəfələrlə yüksəkdir.
Həmçinin oxuyun
Məsələn, məlumdur ki, Azərbaycanda ən ucuz mənzillər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılır. MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində 75 kv. metrlik mənzil 70,6 min manatdan satışa çıxarılıb. Açıqlanan rəqəmlərdən də göründüyü kimi MİDA mənzilin 1 kv. metrini 940 manata təqdim edir.
Qeyd edək ki, özəl tikinti şirkətləri tərəfindən inşa olunan yaşayış evlərinin qiyməti MİDA ilə müqayisədə daha yüksəkdir. MİDA-nın Yasamal Yaşayış Kompleksi ilə eyni ərazidə (Yasamal rayonu) inşa olunan binalarda mənzillərin 1 kv. metrinin qiyməti 1 500 manatdan yüksəkdir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, mənzillərin satış qiyməti ilə maya dəyəri arasında bu qədər kəskin fərqin olması başa düşülən deyil: “Bina inşa edən şirkətlərin tikintiyə yönəltdiyi vəsaitdən sonra xərcləri ən çox torpaq sahəsinin alınmasına sərf olunur. Torpaq sahəsinin alınmasına xərclənən vəsait isə maya dəyərinə ciddi təsir edə bilməz. Bildiyimiz kimi hazırda yaşayış binaları əsasən köhnə birmərtəbəli evlərin söküldüyü ərazilərdə inşa olunur. Köhnə birmərtəbəli evlərin 1 kv. metri isə 1500 manatdan satın alınır. Təxmini hesablama aparsaq, görərik ki, torpaq sahəsinin qiyməti hazırkı satış qiymətlərinin 10%-dən çox deyil. Məsələn, ümumi sahəsi 7000 kv. metr olan 12 mərtəbəli yaşayış binasını 600 kv. metr ərazidə inşa etmək mümkündür. 600 kv. metr ərazini satın almaq üçün tikinti şirkəti 900 min manat vəsait xərcləyir. Göründüyü kimi, ümumi sahəsi 7 000 kv. metr olan yaşayış binasının hər kv. metrində torpaq sahəsinin alınmasına xərclənən vəsait təxminən 130 manat təşkil edir. Bunu yaşayış binalarının maya dəyərinə əlavə etsək, mənzillərin 1 kv. metrinin 460 manata başa gəldiyini görürük.
Rəsmi sənədləşmə ilə bağlı (eskizin hazırlanması, icazənin alınması və s.) digər xərcləri də nəzərə alsaq, mənzillərin 1 kv. metrinin təxminən 500 manata başa gəldiyini görə bilərik. Amma bu halda da satış qiyməti ilə maya dəyəri arasında yenə də 3 dəfədən çox fərq yaranır”.
Ekspert bildirir ki, aradakı fərqin bu qədər böyük olmasının səbəbi qeyri-rəsmi ödənişlərlə bağlı ola bilər: “Ehtimal etmək olar ki, tikinti şirkətləri yaşayış evlərinin tikintisi zamanı böyük məbləğdə hansısa əlavə qeyri-rəsmi ödənişlər edirlər. Aydın məsələdir ki, bu ödənişlərin rəsmi statistikada yer alması mümkün deyil. Belə olan halda da yaşayış evlərinin rəsmi statistikada açıqlanan maya dəyəri (328 manat) ilə satış qiymətləri arasında (1500 manat) kəskin fərq yaranır. Əks halda, maya dəyəri ilə satış qiyməti arasındakı bu cür kəskin fərqin məntiqi və iqtisadi izahı yoxdur”.
11:50 / 14 Mart 2025
Tramp fələstinliləri Somalilendə köçürmək istəyir
1
11:33 / 14 Mart 2025
Trampın xüsusi nümayəndəsinin təyyarəsi Bakıya enib
64
11:28 / 14 Mart 2025
Avropa yenidən silahlanmanı sürətləndirir
17
11:21 / 14 Mart 2025
Məhəmməd bin Salman Putinlə nəyi müzakirə edir?
20
11:20 / 14 Mart 2025
Bütün günü yuxulu olmaq nəyin əlamətidir?
22
11:15 / 14 Mart 2025
Avropa İttifaqı ABŞ-dan asılılığını rəsmən etiraf edir
18
11:10 / 14 Mart 2025
Azərbaycanda ötən il vergi ödəyicilərinə qarşı 637 cinayət işi başlanılıb
18
11:06 / 14 Mart 2025
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
16
11:02 / 14 Mart 2025
Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
21
10:43 / 14 Mart 2025
Nədən termometr apteklərdə tapılmır ?
33
10:37 / 14 Mart 2025
Nazirlər Kabineti yeni qərar verib
732
10:30 / 14 Mart 2025
Qızılın qiyməti bahalaşdı
28
10:23 / 14 Mart 2025
Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
30
10:10 / 14 Mart 2025
Güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal
46
09:46 / 14 Mart 2025
Rusiyada yanğın baş verdi
31
09:45 / 14 Mart 2025
ABŞ Ukraynaya yeni raketlər verəcək - Foto
31
09:41 / 14 Mart 2025
Dəm qazından öldü
30
09:30 / 14 Mart 2025
Zelenski türkiyəli nazirlərlə iftar açdı - Foto
31
09:15 / 14 Mart 2025
"WhatsApp"da yeni funksiya...
46
09:00 / 14 Mart 2025
Azərbaycanda qadın öz saxladığı itin qurbanı oldu - VİDEO
42
08:51 / 14 Mart 2025
"Gecələr yata bilmirik, hər an hücum ola bilər"
41
08:41 / 14 Mart 2025
Bakı və İrəvanın razılaşması...
42
08:15 / 14 Mart 2025
Braziliyada Azərbaycan rəssamlarının sərgisi açılıb
44
07:59 / 14 Mart 2025
Putin bu sözləri Trampa deməyə qorxur
66
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.