Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10032
az

Direktoru döyən "Drakon"a cinayət işi açıldı

23:1917 Fevral, 2019
560
KRİMİNAL
  • A
Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.

Oxu24.com-un məlumatına görə, Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

{banner_reklam}

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi. Rzayevin direktoru döyməsinə dair məlumatlar və görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş vermişdi.

Bildirək ki, bir neçə ay əvvəl bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktor Tural Mirzəyev ilə mübahisə etmişdi.

Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra Zeynəb Rzayevanın qardaşı Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü