Sudandakı Çevik Reaksiya Qüvvələri (RRF) dərhal atəşkəs üçün hazırlıqlara başlayıb.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti agentliyi Əddis-Əbəbədə RRF və “Takaddum” vətəndaş demokratik qüvvələri arasında aparılan danışıqların yekunlarına dair bəyannaməyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu danışıqlar Sudanın keçmiş baş naziri Abdallah Hamdok tərəfindən aparılıb.
Sənəddə deyilir ki, “Sürətli Reaksiya Qüvvələri Sudan silahlı qüvvələri ilə birbaşa danışıqlar yolu ilə ilkin şərt qoyulmadan hərbi əməliyyatların dərhal dayandırılması üçün hazırlıqlara başlayıb”.
Bəyannamədə həmçinin aydınlıq gətirilir ki, RRF bu tədbirləri milli, regional və beynəlxalq nəzarət altında tam atəşkəs haqqında sazişin həyata keçirilməsinə nail olmaq üçün edir.
Sudan Çevik Reaksiya Qüvvələri ərəb Cəncavid milislərindən yaradılmış yüngül mobil piyada birliyidir. 2023-cü ilin aprelində Sudanda nizami ordu ilə RRF arasında silahlı toqquşmalar başladı. Buna səbəb Suveren Şuranın rəhbəri Əbdülfəttah əl-Burhan ilə RRF komandiri Məhəmməd Həmdan Daklu (Hamidti) arasında münaqişə olub.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR