Sovet diplomatı Georgi Ter-Qazaryants 100 yaşında Moskvada vəfat edib.
Oxu24.com xəbər verir ki,dövlət xadiminin meyiti dekabrın 31-də qızı tərəfindən aşkar edilib.
“Ter-Qazaryants Moskvanın Malaya Polyanka küçəsindəki mənzildə ölüb”, - mənbə bildirib.
Georgi Ter-Qazaryants 1923-cü il martın 10-da Bakıda anadan olub. Böyük Vətən Müharibəsində iştirak etmiş, 1950-ci ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyasını bitirib.
1961-1966-cı illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.
1973-1981-ci illərdə SSRİ-nin Seneqal və Qambiyada fövqəladə və səlahiyyətli səfiri, sonra 1987-ci ilə qədər SSRİ-nin Zimbabvedəki fövqəladə və səlahiyyətli səfiri olub.
Bundan sonra o, 2004-cü ilə qədər Ümumittifaq Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin idarə heyəti sədrinin birinci müavini, həmçinin Rusiya Müəllif Hüquqları Cəmiyyətinin idarə heyətinin sədri və vitse-prezidenti vəzifələrində çalışıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR