Bloomberg yazır ki, 2023-cü ilin əvvəlindən Çin kömürə idxal rüsumlarını bərpa edib.
Oxu24.com xəbər verir ki,bu, dünyanın ən böyük yanacaq bazarından asılı olan Rusiya ixracatçılarını təhdid edə bilər.
Tariflərin 2022-ci ilin may ayında qaldırıldığı və Rusiyanı Çinə ikinci ən böyük kömür tədarükçüsü etdiyi bildirilir.
Uzunmüddətli perspektivdə hər iki ölkə illik tədarükü 100 milyon tona çatdırmaq niyyətindədir. Bu həcmləri saxlamaq üçün Rusiya qiymətləri aşağı düşməlidir.
“Heç bir ölkə belə həcmdə tədarükləri qəbul edə bilməz. İxracatçılar qiymətləri aşağı salmalı və əlavə vergi xərclərini daşımalıdırlar”, - Çin Kömür Daşıma və Paylama Assosiasiyasının analitiki Su Huipeng bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR