Türkiyənin Malatya şəhərinin Akçadağ rayonunda sərnişin avtobusu aşıb. Qəzada 4 nəfər ölüb, 36 nəfər yaralanıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,İstanbuldan Malatyaya gedən və sürücüsü hələ məlum olmayan sərnişin avtobusu naməlum səbəbdən Akçadağ rayonunun Develi məhəlləsində aşıb.
Eyni istiqamətdə hərəkət edən və sürücüsü hələ müəyyən edilməyən yük maşını aşan avtobusa çırpılıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə təcili yardım, polis, jandarma və yanğınsöndürmə briqadası cəlb edilib.
Qəza nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb.
Qəzaya görə nəqliyyatın hərəkətinə bağlanan yol avtobus və yük maşını çıxarıldıqdan sonra açılıb.
Yaralılar təcili yardımla Malatya Təhsil və Araşdırma Xəstəxanasına və Turqut Özal Tibb Mərkəzinə aparılıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR