Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100259
az

İsrail soyqırımda mühakimə oluna bilər

10:4402 Yanvar, 2024
306
DÜNYA
  • A

İsrail prokurorları və təhlükəsizlik rəsmiləri Beynəlxalq Ədalət Məhkəməsinin yəhudi dövlətini Qəzza zolağında soyqırım törətməkdə ittiham edə biləcəyindən narahatdırlar.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, adı açıqlanmayan hüquq eksperti İsrail ordusunun komandanlığına, o cümlədən Baş Qərargah rəisi Herzi Ha-Leviyə Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada atəşkəs tələbi ilə qərar qəbul etməsinin real ehtimalı barədə xəbərdarlıq edib. 

 

İsrail hərbçiləri və ölkənin prokurorluğu şikayətə baxılması üçün artıq hazırlıqlara başlayıb. Bu məsələ ilə bağlı ölkənin Xarici İşlər Nazirliyində iclasın keçiriləcəyi bildirilir.

 

Haaretz qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsindəki mühakimə İsrailə qarşı soyqırım ittihamlarını gücləndirə və onun diplomatik təcridinə, boykot və sanksiyalara səbəb ola bilər.

Məqalədə vurğulanır ki, İsrailin yurisdiksiyasını tanımadığı Beynəlxalq Cinayət Məhkəməsindən fərqli olaraq, yəhudi dövlətinin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında öhdəlikləri var.

 

Bundan əlavə, İsrail BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasını imzalayıb və ratifikasiya edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tiflisdəki mitinqdə son vəziyyət: 1 polis yaralandı
Şarl Mişel səlahiyyətlərini təhvil verdi

Antalyada zəlzələ oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi