Beyin qan dövranı pozulmasının ağır patologiyası olan insult 2 cür olur: işemik –hemorragik. İşemik insult daha geniş yayılıb və beyindəki arteriyaların bloklanması nəticəsində baş verir.
Dünyada insan ölümünə səbəb olan birinci yerdə olan insult beynin lazımi qədər qan və oksigen almaması ilə başlayır.
Tibb və elm insultun qəfildən gəlib, insanı hazırlıqsız yaxalaması barədə məlumat verir.
Lakin xəstənin anamnezi, bir çox araşdırmalar göstərdi ki, insult heç də qəfildən gəlmir, ən azı 1 ay, 2 həftə öncədən bəzi simptomlarla, bədəndə dəyişikliklərlə özünü göstərir.
Oxu24.com insultun xəbərdaredici simptomlarını təqdim edir. Xüsusən şəkərli diabet, yüksək təzyiqi olanlar bunlara diqqətli olsunlar.
{banner_reklam}
1.Əvvəlkindən daha çox yuxululuq, apatiya
2.Qəfi, səbəbsiz yorğunluq
3.Bədən hərarətinin enub –qalxması
4.Başgicəllənmələr, miqrenəbənzər tutmaların artması
5.Təzyiqin qəfil qalxıb-enməsi
6.Nİtqdə bəzi dəyişikliklər, sözlərin tələffüzündə qəribəlik, nitqin ləng olması
7.Dadbilmə, qoxubilmənin itməsi
8.Dəridə, əl-ayaqda uyuşmalar
9.Dəridə hissiyatın pozulması
10.Səslərə qarşı həssaslıq
11.Görmədə ikilik
12.Yaddaşın pozulması, adların xatırlana bilməməsi, əşyaların yerini unutmaq, insanları tanımamaq
13.Yerişdə dəyişiklik, tez-tez səngirləmək
Əgər özünüzdə bu simptomlardan azı 5-7-si varsa, təcili nevroloqa müraciət edib, baş-beyni yoxladın. Oxu24.com
ŞƏRHLƏR