Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100242
az

İraqlı qruplaşmalar Suriyanın şərqindəki ABŞ bazasına hücum edib

23:1201 Yanvar, 2024
170
  • A

İraq silahlı qrupları Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ bazasına hücum edib.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə Suriyanın “Şam FM” radiostansiyası “İraqdakı İslam Müqavimət Qüvvələri”nə istinadən məlumat yayıb.

 

Radiostansiyanın məlumatına görə, yatağın ərazisində güclü partlayış səsləri eşidilib.

 

Dekabrın 31-də “Al Mayadeen” telekanalı Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücum edildiyini bildirib.

 

Bundan əvvəl Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki qaz yatağındakı Amerika bazasının raket hücumuna məruz qaldığı məlum olub. Əl Ömər qaz yatağı yaxınlığındakı ABŞ bazası da atəşə tutulub.

 

Ümumilikdə ABŞ-ın Suriya Ərəb Respublikası ərazisində 24 hərbi bazası və dörd nöqtəsi var.

 

Bundan əvvəl Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq səmasında İsrailin raket hücumunu dəf edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var
Türkiyədə partiya sədri saxlanıldı
Qəzzada ölənlərin sayı 47 mini keçdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü