Qaynar xətt:

(+99450) 247 90 86

Hindistan qara dəlikləri araşdıracaq

DÜNYA

320

01.01.2024, 11:45

Hindistanda qara dəlikləri araşdırmaq üçün nəzərdə tutulmuş XPoSat peykini daşıyan daşıyıcı aparat kosmosa buraxılıb.

 

Oxu24.com  xəbər   verir  ki,bu barədə yanvarın 1-də “Hindustan Times” qəzeti məlumat yayıb.

 

“Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ilk kosmik missiyasının bir hissəsi olaraq 2024-cü ildə X-ray polarimetr peyki XPoSat-ı orbitə buraxıb”, - nəşrdə deyilir.

 

Peyk orbitə PSLV-C58 daşıyıcı aparatı ilə çıxarılacaq. Kosmosa Sriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzində baş tutub.

 

“Bu peyklə Hindistan ABŞ-dan sonra qalaktikamızda qara dəlikləri və neytron ulduzları öyrənmək üçün ixtisaslaşmış astronomik rəsədxana göndərən dünyada ikinci ölkə olacaq”, - materialda deyilir.

 

Müəllif:Afət