Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100173
az

G7-nin Rusiyadan almaz idxalına qadağası qüvvəyə minir

11:0701 Yanvar, 2024
176
DÜNYA
  • A

2024-cü il yanvarın 1-də G7 ölkələrinin (ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya) Rusiyadan Avropa İttifaqına qeyri-sənaye təbii almazları, süni almazları və tərkibində brilyant olan zərgərlik məmulatlarının idxalına qadağa qoyub.

 

Oxu24.com  xəbər  verir  ki, G7 2023-cü ilin dekabrında Rusiya iqtisadiyyatını zəiflətməyə yönəlmiş müvafiq qərarını açıqlayıb.

 

Həmçinin, 2024-cü il martın 1-dən G7 ölkələri üçüncü ölkələrdə emal olunmuş 1 karatlıq rus almazlarının idxalını məhdudlaşdıracaq.

 

Eyni zamanda, 2024-cü il sentyabrın 1-dək bu tədbirlərin gücləndirilməsi məqsədilə kobud almazların yoxlanılması və sertifikatlaşdırılması mexanizmini yaratmaq niyyətindədirlər.

 

Bundan əlavə, bu ilin sentyabrın 1-dən Aİ ölkələri üçüncü ölkələrdə emal olunmuş sintetik brilyantların, çəkisi 0,5 karat və ya daha çox olan rus brilyantlarından istifadə edilməklə üçüncü ölkələrdə hazırlanmış zərgərlik məmulatlarının və qol/cib saatlarının idxalını dayandıracaq.

 

G7-nin müvafiq qərarını şərh edən Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, qlobal almaz bazarı sabitdir. O, rus almazlarının yeni bazarlar tapacağına əminliyini ifadə edib.

 

Bundan əvvəl Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiya Federasiyasına qarşı ən ağrılı sanksiyaların adını çəkib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisinin mərkəzində yeni etiraz aksiyası keçirilir
Rusiyada xidmət sektoru çökdü
İranda hava çirkliliyi səbəbindən hər il təxminən 40 min insan ölür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu