Rusiya ordusunun çağırış sistemində edilən dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib, hərbi xidmətə çağırış üçün maksimum yaş 27-dən 30-a qaldırılıb.
Oxu24.com xəbər verir ki, müvafiq qanunu 2023-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Beləliklə, rusların 2024-cü il yanvarın 1-dən hərbi xidmətə çağırılma yaşı 18 yaşdan 30 yaşa qədər olacaq.
Rusiya müdafiə nazirinin müavini Nikolay Pankovun dediyi kimi, 2023-cü ildə 27 yaşı tamam olan vətəndaşlar ehtiyata göndəriləcək və 2024-cü ildə hərbi xidmətə çağırılmayacaqlar.
2024-cü il yanvarın 1-də informasiya texnologiyaları mütəxəssisləri üçün hərbi xidmətdən möhlət verilməsinin yaş həddinin 30 yaşa qədər artırılması ilə bağlı prezidentin fərmanı da qüvvəyə minib.
Prezidentin 29 noyabr 2023-cü il tarixli fərmanına uyğun olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələrinin maksimum gücü 170 min nəfər artırılıb və 1 milyon 320 min hərbçiyə çatdırılıb.
2023-cü il dekabrın 1-də Rusiya Müdafiə Nazirliyi silahlı qüvvələrin sayının artması ilə əlaqədar olaraq rusların məcburi hərbi xidmətə çağırışını əhəmiyyətli dərəcədə artırmaq planının olmadığını bəyan edib.
Bundan əvvəl Putin çağırış yaşının artırılması ilə bağlı qanun imzalayıb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR