"2024-cü ildə İranda xaos yaşanacaq".
Oxu24.com xəbər verir ki, bu sözləri məşhur astroloq Səbuhi Rəhimli "Cebhe.info"ya açıqlamasında deyib.
O xatırladıb ki, müasir dövrdə İranda inqilabdan sonra ən böyük iğtişaşlar may hadisələri olub:
"Ona Abbas Lisani hərəkatı da deyirlər. İrandakı ən böyük digər iğtişaş isə Məhsa Əmininin qətlə yetirilməsindən sonra başladı. Amma 2024-cü ildə İranda daha dəhşətli hadisələr yaşanacaq. Yəni onların hər ikisindən də böyük iğtişaşlar baş verəcək. Hətta proseslər idarəetmədən çıxa bilər. Bunun nə dərəcədə qarşısının alınıb-alınmayacağı Tehran rejiminin addımlarından asılı olacaq".
Səbuhi Rəhimli gələn il İranın hər mənada çox qarışacağını proqnozlaşdırıb: "Həm sosial, həm də xarici təpki istiqamətində bu qarışıqlığın şahidi olacağıq. Məsələn, Məhsa Əmininin ölümündən sonra başlayan iğtişaşlar zamanı dünya gücləri etirazlara dəstək vermədilər. Amma gələn il daha böyük iğtişaşlar zamanı fərqli addımlar atıla bilər".
Oxu24.com
ŞƏRHLƏR