Orqanizmin özünə gəlməsi və yaxşılaşması üçün ən çox köməyi dəyəcək qidalar haqqında danışarkən qırmızı əti siyahının başına qoymalıyıq. Xüsusilə, ağır məşqlərdən sonra, stress, travma, cərrahi əməliyyat sonrasında rasionda qırmızı ətin olması mütləqdir.
Düzdür, digər ətlərdən eləsi var ki, iltihab əleyhinə çıxış etməsiylə məşhurdur. Amma orqanizmin ümumi sağlamlığı üçün heyvan mənşəli ət, xüsusilə, qırmızı ət vacibdir. Qırmızı ət təkcə proteinlə zəngin olmaqla deyil, digər faydaları ilə də rasionda öz yerini tutmalıdır. Maraqlı bir faktı da demək istəyirəm: qırmızı ətə qarşı allergiyası olan insan tapmaq mümkün deyil. Halbuki, fıstığa, yumurtaya, dəniz məhsullarına, buğdaya, hətta soya əsaslı qidalara belə, allergik reaksiya göstərən orqanizmlər var.
Son 30 ildə dietoloqlardan, bəzən həkimlərdən də belə cümlə eşidirik: “Daha sağlam olmaq üçün qırmızı əti az yeyin”. İddialar arasında inəklərin iqlimi məhv etdiyi də var ki, olduqca axmaq fikirdir.
Qırmızı ət olmadan orqanizmin özünübərpası mümkünsüzdür-bunu artıq qəbul etməliyik. Burada inək ətinin ən faydalı qırmızı ət olduğunu vurğulamaq istəyirəm. İnək əti proteinlə zənginlik baxımından digər ət növlərindən öndədir.
Orqanizmin sağalması və özünübərpası üçün lazım olanlara baxaq:
-amin turşuları;
-heyvan mənşəli protein;
-konsentrasiyalı protein;
Qırmızı əti yumurta ilə müqayisə etsək, əminliklə deyə bilərəm ki, qırmızı ətdəki amin turşuları yumurtadakından 2 dəfə çoxdur. Eyni zamanda, qırmızı ətdə yumurtaya nisbətən 1,5 dəfə çox dəmir, 2,2 dəfə çox maqnezium, 3,7 dəfə çox sink, 50 dəfə çox B3 vitamini, 2 dəfə çox B1 vitamini, 4 dəfə çox B6 vitamini, 2 dəfə çox B12 vitamini, 4 dəfə çox K vitamini, 5 dəfə çox Omega-3 yağ turşuları var.
Təbii ki, burada sənaye müəssisələrində yetişdirilən inəklərin ətindən bəhs etmirəm. Örüşdə otlayan, dağ çayından su içən inəklərin ətindən danışıram. Məsələni anlamaq üçün toyuq fermalarındakı toyuqlarla kənd toyuqlarının müqayisəsinə baxaq. Fermalardakı toyuqlar bütün gün taxıl yeyir. Nəticədə, onların orqanizmindəki Omega-3 və Omega-6 səviyyələri pozulur.
Yumurta da sağlam protein mənbəyidir. Lakin inəklərin qaraciyərində yumurtadakından 73 dəfə çox A vitamini var. Yumurtalar inək ətindən yalnız bir məqamda öndədirlər: onlar xolinlə daha zəngindirlər.
Qırmızı ətin faydaları
B2 vitamininə malik inək ətinin faydalarından danışarkən 4 nöqtəyə diqqət çəkmək istəyirəm:
1) Karnitin. Yağın hüceyrənin enerji fabriki olan mitoxondriyə daşınmasına kömək edən birləşmədir. Karnitin olmasa hüceyrələr enerji ala bilməz. İdman edərkən bizə sürətli enerji verən məhz karnitindir. Bir növ, yanacaq daşımaq kimi vəzifəni yerinə yetirən karnitin bu prosesdə toxumaların yaxşılaşmasına, bərpasına da təkan verir. Yəni təkcə əzələləriniz üçün deyil, bütün biokimyanız üçün protein xammaldır. Kofaktor olan vitaminlərə də, yanacaq rolundakı bu maddələrin orqanizmdə daşınmasına da ehtiyacımız var. 100 qr qırmızı ət ilə 100 qr yumurtanı müqayisə etsək, görərik ki, qırmızı ətdə karnitin miqdarı 150 milliqram ikən yumurtada bu göstərici, sadəcə, 7 milliqramdır. Yalnız burada bir şeyi qeyd etməliyəm: karnitinlə zəngin ətlər siyahısında inək əti ikincidir. Birinciliyi quzu əti zəbt edib;
2) Kreatin. Kreatin bizə sürətli enerji verir; yanacaq olaraq istifadə edilir. Ağır idman məşqləri, saatlarla davam edən gərgin fiziki iş zamanı orqanizm kreatinə ehtiyac duyur. Buna görə də, əzələlərini bərkitmək istəyənlər, ağırlıq qaldıranlar, daimi məşqlər edənlər kreatini qida əlavəsi kimi qəbul edirlər. Dünyada yeyilə bilən qidalar içərisində ən çox kreatin məhz qırmızı ətdədir;
3) Karnozin. Karnozin pH-ı balanslaşdırır. Əzələnin süd turşusu səviyyəsini nizama salır. Əgər idmanla məşğul olursunuzsa bu birləşmə özünü yetirir, daha uzun zaman özünüzü gümrah hiss edəsiniz deyə, turşunu neytrallaşdırır. Çünki pH əzələnin oksigen balansını pozur. Bu məqamda karnozin antioksidant kimi çıxış edir. Bundan əlavə, məşq sonrası mərhələdə əhval-ruhiyyənin yaxşılaşmasına, orqanizmin ümumən özünü toparlamasına kömək edir. Karnozin “Qabaqcıl qlikasiya məhsulları” (AGE) adlanan şeyin azalmasında da önəmli rol oynayır. “Qabaqcıl qlikasiya məhsulları” haqda məlumatı olan varmı? Qısaca izah edim: şəkər molekulunun bir protein molekulu ilə bağlandığnı, orqanizmdə ilişib qaldığını bildirən termindir. “Qabaqcıl qlikasiya məhsulları” bir növ orqanizmdə tıxac yaradır, müəyyən proseslərin baş tutmasına, irəliləməsinə mane olur. Qeyd edim ki, “Qabaqcıl qlikasiya məhsulları” adlanan vəziyyət həddən artıq şəkər qəbul etməkdən qaynaqlanır. Karnozin məhz bu tıxacdan yaxa qurtarmağa kömək edir. Dolayısı ilə, ömrü uzadır. Qidalar arasında ən çox karnozin qırmızı ətdə mövcuddur;
Oxu24.com
ŞƏRHLƏR