Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100105
az

İspaniyada 444 aviareys ləğv edilib

20:2830 Dekabr, 2023
137
DÜNYA
  • A

İspaniyanın İberia aviaşirkətinin əməkdaşları Üç Kral Festivalı zamanı 4 günlük tətil etmək qərarına gəldikdən sonra 444 aviareys ləğv edilib.


Oxu24.com  xəbər  verir  ki,İspaniyadakı yerli mətbuatın məlumatına görə, 5-8 yanvar tarixləri arasında Iberia işçilərinin aid olduğu UGT, CCOO və USO həmkarlar ittifaqları tərəfindən verilən tətil qərarı səbəbiylə bilet alan 45 min 641 sərnişin mənfi təsirlənəcək.

 

Ölkədə Üç Kral Günü qeyd etmələri ilə üst-üstə düşən tətil səbəbindən 444 uçuş ləğv edilsə də, aviaşirkət qərardan təsirlənən müştərilərinə uçuş tarixlərini dəyişdirmək, yenidən bron etmək və ya pulun geri qaytarılmasını tələb etmək imkanı təklif edib.

 

Xristian inancına görə Hz. İspaniyada hər il yanvarın 6-da üç kralın (Melçor, Qaspar, Baltasar) Avropa, Asiya və Afrika qitələrindən hədiyyələr gətirməsi ilə əlaqədar rəsmi dini bayram keçirilir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb