Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100100
az

Bağırsaqları İllərin Zibilindən Təmizləyəcək - Təbii Yolla Müalicə

19:5930 Dekabr, 2023
422
CƏMİYYƏT
  • A

Bu gün bağırsaqları təmizləmək üçün hazırlanması asan,  çox faydalı bir bitki çayından danışacam. Bu çayın müntəzəm istifadəsi:

-ürək-damar sisteminin işini normallaşdıracaq;

-qaraciyərin fəaliyyətini yaxşılaşdıracaq;

-soyuqdəyməni aradan qaldıracaq;

-kişilərin cinsi aktivliyini artıracaq;

- və çəkini normallaşdıracaq;

İndi də keçək çayın hazırlanmasına. Diqqətiniz məndə olsun.

Bədəninizdə yorğunluq və zəiflik hiss edirsinizsə, sadəcə, bu faydalı çayı dəmləyin və zərif dadından həzz alın. Bitki qarışımlı çay sizi gümrah edəcək, yeni güc verəcək. Sehirli içkinin komponentləri standart resept üzrə dəmlənir. Yaşıl Çaya 1 dilim limon, bir tikə zəncəfil və qara istiot dənələri əlavə edilir.

İçkinin xüsusiyyətləri bunlardır:

1)     Toksinlərin orqanizmdən çıxarılması;

2)     İltihabi proseslərin qarşısının alınması;

3)     Qadınlarda hormonal səviyyələrin bərpası;

4)     Mədə-bağırsaq traktının işinin asanlaşması;

5)     Sidik yollarının təmizlənməsi;

6)     Cinsiyyət sisteminin sağlamlığının qorunması;

7)     Sinir sisteminin güclənməsi;

8)     Qocalma prosesinin ləngiməsi;

9)     Qanda qlükoza səviyyəsinin sabitləşməsi;

10) İnsulin səviyyəsinin artmasının qarşısının alınması;

11) Ürək-damar sisteminin güclənməsi;

12) Qanda xolesterin səviyyəsinin aşağı salınması;

13) Sidikqovucu effekt yaratması;

-Qızdırma zamanı və sakitləşdirici  kimi istifadəsi. Limonlu, zəncəfilli və qara istiotlu yaşıl çay tərkibində olan faydalı vitaminlər, makro və mikroelementlər, kalium, fosfor, dəmir və kalsium sayəsində müəyyən xəstəliklərin müalicəsində və profilaktikasında faydalı təsir göstərir.  İnqridientlər təkcə orqanizmin fəaliyyəti üçün  deyil, həm də, onun potensial xəstəliklərdən,  qrip və soyuqdəymədən qorunması üçün faydalıdır. Çaya dadlandırıcı kimi bir az bal əlavə edə bilərsiniz. Düzgün hazırlanmış içki soyuq mövsümdə sizi üşüməkdən qoruyacaq. Ümumiyyətlə, üst tənəffüs yollarının xəstəliklərinin sağalmasında kömək edəcəkdir. Sağlamlığa xidmət edən çay ilin istənilən vaxtında bədəninizi qoruyacaq. Hazırlanması: 250 ml qaynar suya  1 çay qaşığı yaşıl çay, bir parça zəncəfil kökü, 1 dilim limon və qara  istiot dənələri əlavə edin. 15 dəqiqə dəmlənməsini gözləyin. Sonra için. Maksimum fayda əldə etmək üçün çaya itburnu da əlavə edə bilərsiniz. Tövsiyə olunan gündəlik norma 2-3 stəkandır.

-Qanın tərkibini yaxşılaşdırmaq üçün.  Limonlu, zəncəfilli və qara istiotlu yaşıl çayın müntəzəm istifadəsi qan hüceyrələrinin sayını artırır və daxili orqanların fəaliyyətini sabitləşdirir. Bu içki maddələr mübadiləsini bərpa edir, vitamin çatışmazlığının həcmini azaldır.  Hazırlanması:  3 qr yaşıl çay yarpağının və zəncəfilin üzərinə qaynar su tökün, 10 dəqiqə gözləyin. Sonra limonu və qara istiot  dənələrini əlavə edin. İçkini gündə 1-2 stəkan olmaqla, acqarına, isti-isti içmək lazımdır.

-Təzyiqlə bağlı probleminiz varsa, qeyd edim ki, bu içki qan təzyiqinizi aşağı salmır. Ancaq 2 dəqiqədən az müddətdə dəmləsəniz, sizi baş ağrılarından xilas edə bilər. Sehirli çay hipertoniyada da, hipotenziyada da təsirlidir. Hər şey qarışımı hansı müddətə dəmləməyinizdən asılıdır. Qan təzyiqini artırması üçün çay 8 dəqiqə dəmlənməlidir. Bu zaman çayınızın tərkibində daha çox kofein olacaq.

-İçki diabet xəstələri üçün idealdır. Yaşıl çay orqanizmdə maddələr mübadiləsini bərpa edir, bədəni toksinlərdən təmizləyir. Yapon alimlərinin araşdırması göstərib ki, gündə 3 stəkan bu sehirli içkidən  içənlərin II tip şəkərli diabetə tutulmaq riski azalır. Gündəlik sağlam çay içmək qlükoza səviyyəsini azaldacaq və bütün orqanizmin fəaliyyətini yaxşılaşdıracaq. Tövsiyə olunan doza gündə 1-2 stəkandır.

-Pankreatit zamanı. Bu xəstəlik həzmə mənfi təsir göstərməklə yanaşı, saç tökülməsinə və dırnaqların strukturunun pisləşməsinə səbəb olan xoşagəlməz simptomlarla müşayiət olunur. Həzmi bərpa etmək üçün mütəxəssislər gündə 1 stəkan bu çaydan içməyi məsləhət görürlər. Unutmayın ki, faydalı çay həkim tərəfindən təyin edilməli olan ümumi müalicəyə əlavədir.

-Mədə xorası zamanı. Yaşıl çay mədə xorasının vəziyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Lakin içkinin tərkibindəki zəncəfilin miqdarına xüsusi diqqət etmək lazımdır. Çayı istifadə etməzdən əvvəl, həkim müayinəsindən keçmək tövsiyə olunur.  Hazırlanması: Yarım çay qaşığı yaşıl çay, 1 dilim limon, zəncəfil və dənə qara istiotdan istifadə edin. Yarım saat dəmləyin və istifadə etməzdən əvvəl otaq temperaturunda soyudun. Tövsiyə olunan doza: gün ərzində hər 2 saatdan bir 1-2 çay qaşığıdır.

-Bağırsaq funksiyasını bərpa etmək üçün. Yaşıl çay laksativ təsir göstərir, bağırsaq mikroflorasını bərpa edir, ağrının və qaz yaranmasının qarşısını alır. Gündəlik qəbul norması  3-4 stəkandır.

-Arıqlamaq üçün. Bu sehirli çay artıq çəkidən xilas olmaq istəyən insanlar üçün əla içkidir. Zəngin vitamin və mineral tərkibi sehirli çayı metabolik pozğunluqlar zamanı  universal həll yoluna çevirir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda ərini öldürən qadın 4 uşaq anası imiş - hadisə yerindən VİDEO
7 yeni ixtisas yaradıldı - VİDEO
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə qaz olmayacaq

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Ərini öldürdü