Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1001
az

Xalq artistindən illər sonra ETİRAF: "Aktrisa olmağımı istəmirdi, çünki..." - FOTO

23:5623 Aprel, 2018
1034
ŞOU-BİZNES
  • A
Xalq artisti Həmidə Ömərovanın Oxu24.com-a müsahibəsi.

- Həmidə xanım, yaxın keçmişi necə xatırlayırsınız?

- Keçmişi yuxu kimi xatırlayıram. Bəzən fikirləşirəm ki, həqiqətən bunlar olub? Həyat anlardan ibarətdir. Hal-hazırda Söhbət etdiyimiz an da bitəcək, amma biz onu xatırlayacaqıq. Yuxunun yaxşı anları da olur, pis anları da. Çalışıram ki, yaxşı anları xatırlayım.

- Tez-tez o anlara qayıdırsınız?

- Demək olar ki, tez-tez. Bizi sənət yaşadır. Bu sənət olmasaydı? biz həyatdakı problemlərə, çətinliklərə tez təslim olardıq.

- Filmlərinizdə hansı təhlükəli hadisələrlə qarşılaşmısınız?

- Bütün filmlərimdə maraqlı və qorxulu anlar olub. "Qorxma mən səninləyəm" filmində hər birimizin öz kaskadyoru var idi. Amma mənim kaskadyorum son anda çəkilməkdən imtina etmişdi. Filmin rejissoru Yuli Qusman mənə dedi ki, sən filmdəki roluna görə nə qədər qonorar alacaqsan? Dedim ki, min manat. Dedi ki, mən sənə min manat artıq verirəm, sən iplə bu qaladan düşərsən aşağı. Min manata görə 11 metr hündürlüyündəki qaladan aşağı düşdüm, əvəzində isə aldandım (gülür). Yuli Qusmana deyirdim ki, birdən mənim başıma bir iş gəlsə? Deyirdi ki, onsuz da filmin axırıncı kadrını çəkirik, heç nə olmaz (gülür).

- İndi olsaydı, yəqin ki, o qonorarı alardınız...

- İndi tamam başqa zamandır, başqa münasibətlər var. Biz o vaxt kinoya canımızı qoyurduq, həqiqi mənada kino fədailəri idik. Kino canlı tarixdir, lentdə həmişəlik qalır. Vaxt gələcək biz olmayacağıq, amma bizim çəkildiyimiz filmlər efirdə göstəriləcək.

- Saysız-hesabsız filmlərdə çəkilmisiniz. Hansı filminizdən sonra populyarlıq qazandınız?

- Mənim kinoda yəqin ki, bəxtim gətirib. Kino bəxt deməkdir.  Bir də görürsən ki, istedadlı aktyor filmə çəkilir, film uğursuz alınır. İstedadsız aktyorun çəkildiyi elə film olur ki, o daha uğurlu olur. Mənim üçün yaşıl işıq, "Anlamaq istəyirəm", "Qızıl uçurum" filmləri oldu. Bu filmlər mənim ilk debütlərim idi.

- Yaradıcılıq yolunda sizə mane olanlar çox oldu, yoxsa dəstək?

- Əlbəttə ki, dəstək. Mən yaxşı insanlardan çox mənəvi dəstək almışam. Anamdan başda olmaq şərtilə. Bu dəstəyi indi çalışıram ki, öz tələbələrimə, həmkarlarıma göstərim.

- Adətən qız anaları övladlarının aktrisa olmaq istəyinə qarşı çıxırlar. Maraqlıdır, ananız sizə dəstək olub.

- Əvvəl istəmirdi ki, aktrisa olum. Deyirdi ki, bizim nəslimizdə aktrisa olmayıb! O vaxt çətin idi. İndi amma hamı istəyir ki, qızları filmdə çəkilsin.

- Əvvəl istəmirdi, sonra dəstək oldu?

- Mən onu aldatmışdım! Anama demişdim ki, mən aktrisa yox, rejissor olacağam. Amma aktyorluq sənəti bataqlıqdır. Bu bataqlıqa girdinsə, çıxmaq mümkün deyil.

- Bəzən sənətçilərimiz deyir ki, populyarlıq mənə küçədə gəzməyə mane olur. Bəs sizə necə?

- Gənc olanda bu populyarlıq insanı sevindirir. Mənə o vaxt deyəndə ki, filan jurnalın üz qabığında şəkilin çıxıb, sevincimdən uçurdum. Nisbətən yaşa dolanda isə bu populyarlıq insana mane olur. Bir neçə il bundan öncə  qoca qadın yaxınlaşıb mənə "sən filan filmdə, filan rolda oynayan qızsan?" deyə soruşdu. Dedim ki, hə, mənəm. İki əlini başına qoyub, dedi ki, " vay-vay nə günə qalmısan?" (gülür). Sonra deyirəm ki, kaş bu eynək gözümdən çıxmayaydı, niyə ona dedim ki, bu mənəm? (gülür).


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib