Fernando Perez Alqaba adlı kriptovalyuta fenomeni uzun müddət axtarıldıqdan sonra onun bədən hissələri çamadandan tapılıb.
OXU24.COM bildirir ki, pizza istehsalından kriptovalyuta fenomenliyinə yüksələn Fernando Perez Alqabanın İnstaqramda 1 milyona yaxın izləyicisi var.
Lüks avtomobillərini və cazibədar gəzintilərini sosial media hesabında paylaşması bir müddət hər kəsin onun həyatına həsəd aparmasına səbəb olub.
Özünü dəbdəbəli avtomobillər satan və icarəyə götürən investor kimi qələmə verən Fernandoya izləyiciləri tərəfindən "Kahı" də ləqəbi verilib.
Argentinada sonuncu dəfə yayda ev kirayə götürdüyü məlum olan fenomen, kirayədə qaldığı evin müddətinin bitməsinə baxmayaraq, ev sahibinə açarları təhvil vermədiyi üçün ev sahibi polisi çağırıb və itkin düşmə barədə xəbərdarlıq edilib.
41 yaşlı influencer "pis insanlar" haqqında bir sıra sirli mesajlar göndərdikdən bir neçə gün sonra Buenos-Ayresdə astroturf yaxınlığında oynayan uşaqlar tərəfindən tapılıb.
Hadisə yeri araşdırma qrupları çağırıldıqda uşaqların fərq etdiyi ərazidə Fernandonun qolları və ayaqları olan çamadan tapılıb.
İlkin müayinə zamanı döymələri ilə Fernandonun kimliyi müəyyən edilib, daha sonra barmaq izləri yoxlanılıb.
Səlahiyyətlilərin açıqlamalarına görə, fenomen əvvəlcə 3 dəfə silahla vurulub, daha sonra bədən hissələri "peşəkarcasına" kəsilib və ayrı-ayrı yarım torbalara qoyularaq çamadana yerləşdirilib.
Ölümü hələ də araşdırılan Fernando ilə bağlı isə indiyədək heç bir şübhəli müəyyən edilməyib.
Oxu24.com
ŞƏRHLƏR